EN

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər ölüb.

Bu barədə "Cebhe.info"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, xilasedici əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebhe.info"

Chosen
29
6
cebheinfo.az

10Sources