EN

“Sabah”ın səfər oyununun hakimləri

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Makkabi” (Hayfa) – “Sabah” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumen olacaq. Ona xəttlərdə Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, “Makkabi” (Hayfa) – “Sabah” qarşılaşması iyulun 25-də saat 21:15-də Macarıstanda Kişvarda stadionunda keçiriləcək.

İdman.biz

Chosen
66
2
idman.biz

3Sources