EN

Şolzdan Ermənistan və Azərbaycana - Çağırış

2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Böyük Britaniyada keçirlən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində deyib.

“Mən burada bir çox müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Prezidenti cənab Əliyevlə söhbət mənim üçün önəmlidir. Bu il Cənubi Qafqaz regionu üçün son dərəcə əhəmiyyətlidir”.

O.Şolz Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra Londonda keçirilən mətbuat konfransında qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024 sülh ili ola bilər.

Almaniya kansleri sammitdə fürsətdən istifadə edərək tərəfləri sülh sazişi imzalamağaçağırıb.

“Avropa bütövlükdə Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda müşayiət edəcək və bu, uzun müddət sürəcək. Bu çağırış iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”, - Şolz bildirib.


Müəllif: Teleqraf.com
Chosen
68
10
teleqraf.com

10Sources