Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
KONKRET.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Paksi” (Macarıstan) – AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Paksi şəhərinin eyniadlı stadionunda keçiriləcək.