Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Paksi şəhərinin eyniadlı stadionunda keçiriləcək.