Birinci Qarabağ müharibəsinin şəhidi Sumqayıtda dəfn olundu – Fotolar
Birinci Qarabağ müharibəsində əsir götürülmüş, əsirlikdə öldürülən, 33 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Rəsulov Rəhim Əlyar oğlunun qalıqları ailəsinə təhvil verilib. Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Sumqayıtda şəhidin ailəsinin yaşadığı ünvanda vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Rəhim Rəsulovun qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, R. Rəsulov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1991-ci ildə könüllü hərbi xidmətə gedib. Kərkicahan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı əsir götürülüb. Xankəndidə saxlanılıb və orada öldürülüb. Onun nəşinin qalıqlarının Yevlaxda Şəhidlər xiyabanında dəfn edildiyi məlum olub və kimliyi müəyyən edilib.