Suda oksigenin səviyyəsinin azalması Yer kürəsi üçün ciddi təhlükə yaradır.
Publika.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bu barədə “Nature Ecology & Evolution” jurnalında yer alan məqalədə qeyd ediblər.
Mütəxəssislər bildiriblər ki, suda oksigenin səviyyəsi planetin mövcudluğunu dəstəkləmək qabiliyyətini göstərir:
“Şirin su və dəniz ekosistemlərinin müşahidə edilən oksigensizləşməsi Yerin ekoloji və sosial sistemləri üçün mühüm əhəmiyyət kəsb edən başqa bir prosesi təmsil edir”.