EN

Makronun namizədi yenidən Fransa parlamentinə başçılıq edir

...Prezident Emmanuel Makronun partiyasının namizədi Yael Braun-Pivet yenidən Fransa Milli Assambleyasının sədri seçilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Fransanın BFM nəşri yazır.

...Bu onu deməyə əsas verir ki, hazırkı prezidentin mərkəzçi tərəfdarları son Avropa və milli seçkilərdə uduzsalar da, indi yeni hökumət qurmaq şansına malikdirlər.

Qeyd edilməlidir ki, Braun-Pivet üç tur səsvermədən sonra seçilib.

Belə ki, mərkəz sağçı deputatların dəstəyi ilə o, 220 səslə solçu NFP partiyasından Andre Şassenyanı (207 səs) və ifrat sağçı RN-dən Sebastien Şenu (141 səs) qabaqlayaraq birinci olub.

İyun ayında keçirilən növbədənkənar parlament seçkilərindən sonra Makronun mərkəzçi ittifaqı soldan daha az yer qazansa da, heç bir qrup parlamentdə çoxluğa malik deyil.

Yeri gəlmişkən, Milli Assambleyanın sədri vəzifəsi Fransada dördüncü ən yüksək dövlət vəzifəsidir.

Əli Babayev

Chosen
97
12
sia.az

10Sources