EN

"Mançester Siti" 20 yaşlı braziliyalını transfer etdi

İngiltərənin "Mançester Siti" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Trua"dan Savinyonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Mançester Siti" 20 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
 
Qeyd edək ki, Savinyo ötən mövsüm icarə əsasında "Jirona"da çıxış edib. Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
32
7
sport24.az

9Sources