EN

Hindistan BRİKS ödəniş sisteminin yaradılmasını dəstəkləyir

"Azərişıq" ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Hindistan vahid müstəqil BRIKS ödəniş sisteminin yaradılması ideyasını dəstəkləyir, lakin bu məsələ bütün maraqlı tərəflər tərəfindən diqqətlə nəzərdən keçirilməlidir. 

Valyuta.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Hindistanın Sosial Tədqiqatlar İnstitutunun direktoru Eş Narain Roy söyləyib.

"Ümumiyyətlə, Hindistan müstəqil BRİKS ödəniş sisteminin tərəfdarıdır. Ancaq belə bir fikir var ki, qərar qəbul edilməzdən əvvəl bu məsələ müxtəlif maraqlı tərəflər tərəfindən sistematik şəkildə müzakirə edilməlidir. Anladığım qədər, təkcə Hindistan deyil, həm də bir sıra digər üzv ölkələr belə bir ciddi qərarın tələsik qəbul edilə bilməyəcəyi qənaətindədir”.

Ekspertin fikrincə, bu addımın böyük nəticələri olacaq. Ekspert hesab edir ki, “BRİKS ölkələri işləmək mümkün olmayan sistem yaratmaq istəmirlər, ona görə də bu məsələ müzakirə olunacaq, lakin yaxın gələcəkdə yekun qərar gözlənilmir”.

BRİKS ölkələrinin rəqəmsal ödəniş sisteminə texniki hazırlığı ilə bağlı sualı cavablandıran Roy “Hindistanda rəqəmsallaşma kifayət qədər uğurlu oldu, lakin bu mərhələdə və hətta yaxın gələcəkdə rəqəmsal ödənişlərə keçə bilməyəcək ölkələr var", - deyə bildirib.

Daha əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko X BRİKS Parlament Forumunun plenar iclasında bildirib ki, ötən il Cənubi Afrika Respublikasında keçirilmiş sammitin qərarlarına uyğun olaraq BRİKS-in siyasi təzyiq, sui-istifadə və xarici sanksiyaların müdaxiləsinə məruz qalmayan müstəqil ödəniş sistemi yaradılması üzərində işləyir. O qeyd edib ki, bu cür işlərin nəticəsi çoxtərəfli rəqəmsal hesablaşma və ödəniş platforması olan BRICS Bridge-in yaradılması ola bilər.

Onun sözlərinə görə, assosiasiya ölkələrinin mərkəzi banklarının rəqəmsal valyutalarından istifadə etmək olar, onların məzənnəsi milli valyutaların dəyərinə bağlıdır. O, əlavə edib ki, Rusiyanın təklif etdiyi təşəbbüs təsdiqlənərsə, BRİKS ölkələrindən milli rəqəmsal valyutanın dövriyyəyə buraxılması və onun transsərhəd ödənişlərdə istifadəsi üzrə qanunvericilik işlərini əlaqələndirmək tələb olunacaq.

Nicat"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan saat 16:00-a qədər rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Qazıqulu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin kəndlərin elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Ağdam” hava xətti yeni yarımstansiyaya qoşulduqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
valyuta.az

1Sources