EN

Türkiyənin bir neçə bölgəsində meşə yanğınları BAŞ VERİB

Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınları davam edir.

Bizim.Media xəbər verir ki, ölkənin İzmir vilayətinin Berqama rayonunda, Bursa, İzmir, Manisa, Balıkesir və Kütahya vilayətlərindəki meşəlik ərazilərdə yanğın baş verib.

İzmirin Qaziemir rayonunda baş verən yanğın şəhərin Adnan Menderes hava limanında təyyarələrin hərəkətinə maneələr törədib. İzmirə enməsi nəzərdə tutulan bəzi təyyarələr ən yaxın aeroportlara yönləndirilib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İzmir, Kütahya və Balıkesir vilayətlərində davam edən yanğınlarla bağlı açıqlamasında bildirib ki,  İzmirin Buca, Kütahyanın Gediz və Balıkesirin Altıeylül rayonlarında alovlarla mübarizə havadan və qurudan davam edir: 
“Bu bölgələrə 14 təyyarə, 30 helikopter, 103 texnika və 647 nəfərdən ibarət canlı qüvvə cəlb olunub”.

Bizim.Media

Chosen
115
4
bizim.media

3Sources