Rusiyanın Kalmıkiya Respublikasında avtomobillə “Kamaz”ın toqquşması və alov alması nəticəsində biri uşaq olmaqla beş nəfər ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“İki avtomobilin – “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük maşınının toqquşması sonucunda nəqliyyat vasitələri yanıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və dörd sərnişini, o cümlədən ilkin olaraq biri uşaq olmaqla aldığı xəsarətlərdən hadisə yerində keçinib”, – məlumatda qeyd olunub.