EN

TƏBİB komandası bu dəfə "Təmizlik marafonu" üçün ...

İslam dini və mədəniyyəti buyurur ki, təmizlik imandandır. Elə tibb elmi də din qədər eyni tələbi və prinsipi üstün tutur: təmizlik, infeksiyadan, mikrobdan qorunma, hər bir vasitənin istifadəsi zamanı sterilni olması, xəstəxana qapısından girən zaman ayağa baxil geyinilməsi və s. ilaxır....Ona görə görə "Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonuna TƏBİB və ona tabeli müəssisələrin əməkdaşlarının iştirakı lap yerinə düşüb. Baxmayaraq ki, bu prosesdə tibbi işçiləri iştirak etməyə də bilərdi. Axı onlar gecə-gündüz çalışır, xəstələrə baxır, müayinələr, əməliyyatlar, təcili yardımlar... Yəni bunun özü də insanları xəstəliklərdən, min bir infeksiyalardan, mikroblardan təmizləyib xilas etməkdir. Bununla belə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun komandası, o cümlədən qurumun tabeliyində olan müxtəlif tibb müəssisələrinin işçiləri bu marafona qoşularaq töhfə verməyə çalışıblar.Çünki tibb elminin, həkimlərin insanlara təlqin etdiyi ilk tövsiyə təmizliyə riayət olunmasıdır. Onu da demək yerinə düşər ki, marafonda TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova da iştirak ediblər. Xüsusən də ölkəmizdə noyabrda keçiriləcək möhtəşəm İqlim Dəyişikliyi (COP29) konfransını nəzərə alsaq, TƏBİB əməkdaşlarının da təbiətə, əhaliyə faydalı olan bu aksiyalarda iştirakı alqışlanacaq addımdır. Ümumiyyətlə, TƏBİB rəhbərliyi və əməkdaşları hər zaman mühüm tədbirlərdə, cəmiyyətə faydalı ola biləcək proseslərdə iştirak edirlər. Onlar təkcə əhalinin sağlamlığının keşiyində durmur, təkcə insanların səhhətinin qayğısına qalmır, təkcə dərdinə dərman, təbib olmurlar, eyni zamanda da, xalqa xeyir verəcək layihələrə qoşulurlar, müxtəlif kampaniyalarda iştirak edirlər, bir vətəndaş mövqeyi ortaya qoyurlar. Bunu pandemiyanın çətin dövrlərində tibb işçisi olmaqdan savayı bir fədakarlıqları, bunu Vətən müharibəsi günlərində və sonrakı dövrdə, eləcə də bir çox həssas dönəmlərdə sübuta yetiriblər. İndi də bu ekoloji təmizlik marafonundan geri qalmırlar və hamılıqla iştirak edirlər. O da bildirilir ki, təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır. İyulun 11-dən başlanan marafon hər həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək.Həmidə Məmmədova





Facebook-da paylaş

Chosen
117
rublika.az

1Sources