EN

“COP29 silsilə mühazirələri” çərçivəsində “Həsən bəy Zərdabi mətbuatı” ekoloji şüuru necə formalaşdırırdı?” mövzusunda mühazirə deyilib

Bu ilin noyabr ayında ölkəmizdə baş tutacaq, beynəlxalq ekoloji problemlərin müzakirə ediləcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası - COP29 ərəfəsində ekoloji məsələlərin fərqli prizmalardan  araşdırılması məqsədilə Medianın İnkişafı Agentliyi və “Ədibin Evi” Ədəbiyyata  Dəstək Fondunun birgə keçirdiyi “COP29 silsilə mühazirələri” davam edir.  

Milli Mətbuat Günü ərəfəsində təşkil edilən növbəti mühazirənin qonağı, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər  Arxivinin bölmə müdiri Şəhla Abdullayeva “Həsən bəy Zərdabi mətbuatı” ekoloji şüuru necə formalaşdırırdı?” mövzusunda çıxış edib.  

Azərbaycan mediasında ekologiya və iqlim məsələlərinin hər zaman aktual olduğunu diqqətə çatdıran Şəhla Abdullayeva bildirib ki, görkəmli ziyalı, Azərbaycan milli mətbuatının banisi  Həsən bəy Zərdabinin bir sıra məqalələrində insanların təbiətlə münasibətlərinə geniş yer  ayrılıb, ekologiyaya vurulan zərərlərin yaradacağı fəsadlardan bəhs olunub və bunun  qarşısının alınması yolları araşdırılıb. Ətraf mühitin mühafizəsinə böyük önəm verən Zərdabi  meşələrin havanın, torpağın keyfiyyətinə və ümumilikdə ekoloji vəziyyətə vacib təsirini  “Əkinçi” qəzetinin bir sıra nömrələrində qeyd edib. Mühazirəçi bu gün də ekoloji mühitin mühafizəsinin və təbii  sərvətlərdən səmərəli istifadənin təbliğində medianın əhəmiyyətini vurğulayıb.  

Qeyd edək ki, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaq  məqsədilə baş tutan mühazirələr silsilə xarakter daşıyır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
media.gov.az

1Sources