EN

Sərinkeşi söndürmədən yatmaq təhlükəlidir - DİQQƏT » Medical Media


Sərinkeşi söndürmədən yatmaq təhlükəlidir.

Medicalmedia.az
xəbər verir ki, mütəxəssislər, yuxu zamanı sərinkeşdən istifadənin ciddi fəsadları barədə xəbərdarlıq edib.

Birincisi, sərinkeşin pərdələrində toplanan toz səbəbilə allergiya və astma tutmaları riski yaranır. Buna görə də, işə salmamışdan qabaq tozun havaya yayılmasının qarşısını almaq üçün, cihazı mütəmadi olaraq yoxlamaq və təmizləmək vacibdir. Bundan əlavə, gecə yanan sərinkeşin güclü hava axını dəri və selikli qişanın qurumasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, sərinkeşin daimi sərin hava axını boyun və başın hipotermiyasına səbəb olur. Bu, əzələ gərginliyinə və hətta kramplara səbəb ola bilər.

Qeyd edək ki, sərinkeşin də öz üstünlükləri var. O, havanı dövr etdirir, otağı təravətli saxlayır və isti havada yataq otağını sərinləşdirir.

Əsas odur ki, hava axınını birbaşa özünüzə yönəltməyin və cihazı mütəmadi olaraq təmizləyin.

Chosen
72
medicalmedia.az

1Sources