EN

Bu ucuz dərmanlar ilan zəhərinə qarşı da effektli imiş - » Medical Media



Avstraliya, Kanada, Kosta-Rika və Böyük Britaniyadan olan bir qrup elm adamı, adətən qan durulaşdıran dərman kimi təyin olunan preparatların kobra zəhərinə qarşı ucuz antidot kimi istifadə oluna biləcəyini aşkar edib.

İlan dişləmələri  bütün dünyada, əsasən də Afrika, Cənubi və Cənub-Şərqi Asiyanın aşağı və orta gəlirli ölkələrinin yoxsul kənd yerlərində hər il təxminən 138.000 insanın ölümünə səbəb olur.

400.000-dən çox insanda ilan dişləməsindən sonra nekroz inkişaf edir, yəni dişləmənin ətrafındakı toxuma ölür və qaralır. 

Bütün ilan zəhərlərinə qarşı təsirli olmasa da, elm adamları qan durulaşdıran dərmanların bir çoxunda effekt göstərdiyini aşkarlayıb. 
Dərman artıq siçanlar üzərində sınaqdan keçirilib, növbəti mərhələdə insanlar üzərində təcrübəyə başlanılacaq.

Chosen
74
medicalmedia.az

1Sources