EN

Adada qalib gəlib mərhələ adladılar - Konfrans Liqası

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb. Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub. Günün ilk görüşü Farer adalarında keçirilib. "B36 Torshavn" ilk oyunda uduzduğu Latviya "Auda"sını qəbul edib. Farer adaları təmsilçisi rəqibinə doğma azarkeşləri önündə də uduzub.Şimali İrlandiya "Kruseyders"i isə "Karnarvon"u (Uels) qonaq edib. Cütün qalibi penalti seriyasında müəyyənləşib. Gərgin keçən "lotoreya"nı uelslilər qazanıblar.Mərhələyə sabah yekun vurulacaq ki, ikinci oyun günündə 23 qarşılaşma keçiriləcək.UEFA Konfrans Liqası1-ci təsnifat mərhələsi, cavab oyunları17 iyulB36 Torshavn (Farer adaları) - Auda (Latviya) 0:1 (ilk oyun - 0:2)Kruseyders (Şimali İrlandiya) - Karnarvon (Uels) 3:1, penaltilərlə - 7:8 (ilk oyun - 0:2)скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
35
sportfm.az

1Sources