EN

Naxçıvanda “Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği” mövzusunda maarifləndirici təlim keçirilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, BMT-nin CEDAW Komitəsinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği” mövzusunda maarifləndirici təlim keçirilib.



Təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və psixoloq Rövşən Nəcəfov çıxış ediblər. 
Çıxışlarda valideynlərin ailədə və övladlarının tərbiyəsində rolu, uşaqların tərbiyəsində kişi və qadınların, eləcə də cəmiyyətin birgə məsuliyyəti, ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsi, kişi və qadınların öz övladlarının tərbiyəsində və inkişafında uşaqların mənafeyini bütün hallarda üstün tutmaq şərtilə birgə məsuliyyətləri və digər məsələlərə toxunulub.
Diskussiya şəraitində keçən təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif qurumları təmsil edən nümayəndələrin məsələ ilə bağlı təklifləri də dinlənilib.
Təlimin sonunda maarifləndirici broşür və vasitələr paylanılıb, sosial çarx nümayiş olunub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
42
nuhcixan.az

1Sources