EN

PREZİDENTİN XÜSUSİ NÜMAYƏNDƏSİNƏ MÜAVİN TƏYİN EDİLDİ

Eldar Ramiq oğlu Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə nümayəndəlikdən bildirilib. Məlumatda qeyd olunur ki, Eldar Seyidov əvvəllər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi olub.

Chosen
90
49
tezadlar.az

10Sources