EN

“Pulumu alsam da, “Apatiya”da çəkildiyim üçün peşmanam”

“Hikmət Rəhimovdan pulumu axır ki, ala bildim. Mən ictimailəşdirməsəydim, pulumu ala bilməyəcəkdim. Çünki həmkarlarım hələ haqqları olan pulu ala bilməyib”.

Bu sözləri Dərgi.az-a açıqlamasında aktrisa Sanura Cəfərova deyib. O “Apatiya-2” filmində rol aldığı üçün peşman olduğunu qeyd edib:

“Mən çox təəssüf edirəm ki, “Apatiya” kimi filmdə rol almışam. Hikmət Rəhimovla bir daha rastlaşmaq istəmirəm. Çox peşmanam bu cür filmd çəkildiyim üçün. Həmkarlarım hələ də əmək haqlarını ala bilməyib.İcraçı prodüser düyir ki, mən bu məsələlərə baxmıram. Mənə maraqlıdır kim baxır?Hikmət prodüserə tapşırıb ki, telefonu açma. Tərlan müəllimin günahı yoxdur. Ona da elə tapşırıq verilib”.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Dergi.az (@dergi.az)

 

Filmin art direktoru və kreativ məsləhətçisi olan Tati Sattar filmdə Hikmət Rəhimov tərəfindən yaradılan ədalətsizliyə öz instagramında reaksiya bildirib.

 

 

Filminn ssenari müəllifi Elvin Paşa da sosial media hesabında ssenaridən imtina etdiyini qeyd edib:““Apatiya-2” filminin ssenari müəllifi olaraq ssenaridən imtina edirəm. Mənim üçün aydın oldu və bitdi”.

 

Qeyd edək ki, Sanura özünün və digər həmkarlarının qonorarını ala bilmədiyi haqqında sosial media hesabında yazmışdı:

“Rejissor Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər).Əgər sənin “Apatiya 2″ filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi”.

Chosen
95
dergi.az

1Sources