EN

Çində ticarət mərkəzində güclü yanğın:

Çinin Sıçuan əyalətinin Sıqun şəhərindəki ticarət mərkəzində yanğın baş verib.

 

TASS bildirir ki, alov ticarət mərkəzinin dörd mərtəbəsini bürüyüb.

 

Məlumata görə, yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın və 92 xilasedici cəlb olunub. Hazırda 14 mərtəbəli binanın birinci, dördüncü, beşinci və altıncı mərtəbələri yanır.

 

Bildirilib ki, yanğınsöndürənlər 17 nəfəri xilas ediblər. Ticarət mərkəzində qalanların sayı məlum deyil.

 

Bir az əvvəl isə Çin Mərkəzi Televiziyası yanğında altı nəfərin öldüyünü bildirib. 

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.



Chosen
49
3
senzor.az

5Sources