EN

Yunanıstanda baş verən 48 meşə yanğınından 47-si nəzarət altına alınıb

Yunanıstanda son 24 saat ərzində baş verən 48 meşə yanğınından 47-si nəzarət altına alınıb.

BiG.AZ xəbər verir ki, Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 48 meşə sahəsində yanğınlar baş verib.

Onlardan 47-si havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarətə götürülüb. Aharnes bölgəsində yaşayış məntəqələri yaxınlığında baş verən meşə yanğınına hava və quru müdaxiləsi davam edir.


BiG.Az
Chosen
88
49
big.az

10Sources