EN

“Qarabağ” Avsrtriya toplanışını başa vurdu

“Qarabağ” Avsrtriyada təlim-məşq toplanışını başa vurub.Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün axşam Bakıya qayıdır. Qurban Qurbanovun komandası Çempionlar Liqasının ikinci mərhələsinə - “Linkoln”la (Cəbüllütariq) oyuna hazırlığı Bakıda davam etdirəcək. Ağdam təmsilçisi ilk matç üçün Cəbəllütariqə isə iyulun 21-də çarter reysi ilə yola düşəcək. İyulun 23-də “Linkoln” - “Qarabağ” matçı keçiriləcək. Cavab matçı isə iyulun 30-da Bakıda olacaq.Xatırladaq ki, “Qarabağ” Avstriyada təlim-məşq toplanışı zamanı 4 yoxlama oyunu keçirib. Almaniya “Kayzerslautern”una uduzan (1:3) Ağdam təmsilçisi Çexiya “Viktoriya”sına 2:1, Xorvatiya “Slaven”inə 1:0 və Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli, komandasına 5:2 hesabı qalib gəlib.скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
27
sportfm.az

1Sources