Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Yevgeni Konoplyanka 34 yaşında futbolçu karyerasını başa vurub.
“İki sahil” xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
Konoplyanka peşəkar karyerasına 2006-cı ildə başlayıb. Ukraynalı futbolçu "Dnepr", "Sevilya", "Şalke", "Şaxtyor", "Krakov" və CFR klublarında çıxış edib. Yevgeninin Ukrayna millisində 87 oyunu var.