EN

Tiaqo Alkantara "Barselona"da

Futbolçu karyerasını başa vuran Tiaqo Alkantara "Barselona"nın məşqçilər heyətinə qoşulub.

AzxeberSport xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı Kataloniya təmsilçisinin yetirməsi baş məşqçi Hans Diter Fliklə təcrübə qazanacaq və komanda ilə birlikdə ABŞ turuna gedəcək.

Tiaqo iyulun 7-də futbolçu karyerasını başa vurduğunu açıqlayıb. O, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ikiqat qalibi, yeddiqat Almaniya çempionu, dördqat İspaniya çempionudur. Onun İspaniya millisində 46 oyunda 2 qolu var.

Chosen
18
2
azxebersport.az

3Sources