EN

"Mən Trampı tam dəstəkləyirəm və..." - İlon Mask tərəfini seçdi

Amerikalı sahibkar və milyarder İlon Maskın Donald Trampın prezidentlik kampaniyasını dəstəklədiyi iddia olunub.

 

Sfera.az bildirir ki, iş adamının “America PAC” adlı yeni siyasi fəaliyyət komitəsinə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırdığı bildirilib.

 

Bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

 

Nəşr Maskın iyul ayından Tramp üçün çalışan komitəyə ianə verməyə başladığını qeyd edib. Digər tərəfdən, komitənin 15 iyulda 8 milyon dollardan çox ianə topladığını göstərən sənəddə Maskın adının yer almadığı vurğulanıb. Eyni zamanda Maskın sözügedən “WSJ” xəbərləri ilə bağlı yumoristik paylaşımı onun izləyiciləri tərəfindən xəbəri təkzib etmək kimi şərh edilib.

 

Qeyd edək ki, iş adamı İlon Mask iyulun 14-də “X”  hesabında etdiyi paylaşımda sui-qəsd cəhdinə məruz qalan keçmiş prezidenti ilk dəfə açıq şəkildə dəstəkləyib. “Mən Trampı tam dəstəkləyirəm və tezliklə sağalacağına ümid edirəm”, -  iş adamı bildirib.

 

Günay
 

Chosen
114
21
sfera.az

10Sources