EN

"Sabah" Ukrayna klubu ilə üz-üzə

Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" bu gün növbəti yoxlama matçına çıxacaq.

AzxeberSport xəbər verir ki, Bakı təmsilçisi Ukrayna "Rux"u ilə üz-üzə gələcək.

"Sports park Radomlye"də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya "Çukariçki"si (0:0) və Ukrayna "Krivbas"ı (2:2) ilə isə heç-heçə edib.

Chosen
23
3
azxebersport.az

10Sources