EN

Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platforması yaradılır

Türk Dövlətləri Təşkilatının (TDT) Rəqəmsal Aqro Data Platforması yaradılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, platforma aqrar və ərzaq məhsulları sahəsində məlumat mübadiləsi və ticarət əlaqələrinin gücləndirilməsinə hədəflənib.

Əsas məqsəd, ilk növbədə, üzv və müşahidəçi dövlətlər arasında vahid ticarət şəbəkəsinin yaradılması, data əsaslı təhlilin aparılması, kənd təsərrüfatı və onların emalı məhsullarının ixrac və idxal potensialının qiymətləndirilməsi, ixracın və idxalın təşviqi, statistikanın toplanması, hesabatların tərtib edilməsi və digər əlaqəli fəaliyyətlərin bir mərkəzdən idarəolunması və icrasının reallaşdırılmasından ibarətdir.

Platformanın yaradılması ilə bağlı ötən gün Qubada TDT-yə üzv və müşahidəçi dövlətlərin iclası keçirilib, mövzu ətrafında müzakirələr aparılıb. İclasda Azərbaycan, Türkiyə, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak edib.

İclas işini bü gün də davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
5
vergiler.az

10Sources