EN

Şamaxıda toyda zəhərlənənlərin SON VƏZİYYƏTİ açıqlandı

"Şamaxı rayonunun Məlikçobanlı kəndində zəhərlənənlərdən 5-i azyaşlı olub".

News365.az bildirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsi ilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunur.


Chosen
58
1
news365.az

5Sources