EN

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Suşəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuatxidmətindən Trend-ə bildirilib ki, açılış nitqi ilə çıxış edənKomissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev iclasın gündəliyihaqqında məlumat verib, su şəbəkələrinə qoşulması sahəsində işçiqrupunun il ərzində həyata keçirdiyi fəaliyyətini yüksəkqiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin dahada yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqətçəkib.

İşçi qrupun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyisədrinin müşaviri Etibar Məmmədov ötən müddət ərzində görülən işlərvə qarşıda duran vəzifələr barədə danışıb.

Gündəliyə uyğun olaraq “Tikinti obyektlərinin su təchizatı vətullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nınhəyata keçirilməsi ilə bağlı görülən işlər və qarşıda duranvəzifələr barədə təqdimat iclas iştirakçılarının diqqətinəçatdırılıb və bu qaydalardan irəli gələrək zəruri tədbirləringörülməsi ilə bağlı məsələlər müzakirə edilib.

Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün “Vahidpəncərə” sisteminin qurulması, iş prinsipi və hazırkı status,sistemə daxil olacaq məlumatların emal olunması, aidiyyəti dövlətqurumlarına ötürülməsi və görüləcək işlər barədə məlumatlar təqdimedilib.

Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunalxidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədətəkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair cariil üzrə Yol Xəritəsinin cari ilin birinci yarımilliyində icrasıbaşa çatan tədbirlər barədə təqdimat iclas iştirakçılarınındiqqətinə çatdırılıb.

İclasda Azərbaycan Respublikasının PrezidentiAdministrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin məsul vəzifəli şəxsləri və işçi qrupuna üzv olan digəraidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupuna rəhbərliyiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

Chosen
150
15
az.trend.az

10Sources