EN

“Linkoln” - “Qarabağ” matçının vaxtı bəlli oldu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la qarşılaşacaq “Qarabağ”ın ilk oyununun vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu rəqiblə ilk oyununu iyulun 23-də səfərdə keçiriləcək. “Europe Point” stadionunda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu komandalar arasındakı Bakıdakı görüş iyulun 30-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Bu görüşün hakimləri də məlumdur. Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona yan xətt hakimləri qismində həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Chosen
58
8
arena.az

10Sources