EN

Ərəbistan klubundan "Fənərbaxça"ya - TRANSFER

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini həyata keçirib.Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Əhli"dən Allan Sen-Maksimenin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Fransalı vinger bu gecə Türkiyəyə gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.27 yaşlı futbolçu 2024/2025 mövsümünü icarə əsasında "Fənərbaxça"nın heyətində keçirəcək.Qeyd edək ki, "Əl-Əhli" Allan Sen-Maksimeni 2023-cü ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli ön xətt oyunçusu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
22
sportfm.az

1Sources