EN

Etna vulkanı yenidən fəallaşıb

Bakı. Trend:

İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lavapüskürməyə başlayıb.

Trend xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiyaİnstitutunun yaydığı məlumatda Etnanın Voraqin kraterində partlayışbaş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidəolunduğu bildirilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və tozdumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyəyayılıb, kül dumanının hündürlüyü 6 kilometr yüksəkliyə çatıb.

Voraqin kraterinin hündürlüyünün yığılmış lava səbəbindən 3369metrə çatdığı və hazırda vulkanın ən hündür nöqtəsi olduğuaçıqlanıb.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etnada ildə bir neçədəfə fəallıq müşahidə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
6
az.trend.az

6Sources