EN

"Beşiktaş" məşhur futbolçunu transfer edir

Türkiyənin "Beşiktaş" klubu Dani Seballosu heyətinə qatmaq istəyir.

AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seballosa 6 milyon avro qiymət müəyyən edilib. 

Ötən mövsüm oyunçu "Real Madrid"in heyətində 27 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçu karyerasında əvvəllər "Real Betis" və "Arsenal"ın formasını geyinib.

Chosen
77
15
azxebersport.az

10Sources