''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Türk xalqının epik mübarizəsini qürurla xatırlayırıq''
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də türk millətinin tanklara və silahlara qarşı apardığı epik mübarizəni qürurla xatırladıqlarını söylədi. Rəcəb Tayyib Ərdoğan deyib:''15 İyula “oyun” deyənləri, “teatr” deyənləri, həyasızcasına “sövdələşmə” deyənləri qiyamətə qədər bağışlamayacağıq''.
''Star'': Numan Kurtulmuş: ''Xalqımız demokratiyaya sahib çıxdı''
Dünən 15 iyul münasibətilə keçirilən anım mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib: ''Demokratiyanı aradan qaldıranlar hüquq və azadlıqlar başda olmaqla ölkənin bütün qaynaqlarını ələ keçirmək istəyirlər. Xalqımız demokratiyaya sahib çıxdı. Demokratiyanı ən yüksək səviyyəyə qaldırmaq üçün mübarizə aparacağıq”.
''Sabah'': Türksat 6A-nın kosmos səyahəti planlaşdırıldığı kimi davam edir
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın planlaşdırılmış şəkildə kosmos səyahətinə davam etdiyini vurğuladı.
''Vatan'': Alparslan Bayraktar: ''Rizə sahillərində qazma işlərinə başlamağı hədəfləyirik''
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib: "Qara dənizdə kəşfiyyat aparmağa ehtiyacımız var. Bu mənada Rizə sahillərində də kəşfiyyat proqramımız var. Neft emalı zavodu olduğunu düşündüyümüz ərazidə qazma işlərinə başlamağı hədəfləyirik.
''Haber Türk'': 2024-cü ilin ilk yarısında ən çox ixracaq Rumıniyaya edilib
Türkiyə ilin ilk yarısında ən çox ixracatı Rumıniyaya həyata keçirib. Bu ölkəyə edilən ixracatdan 4 milyard dollar gəlir əldə olunub.