EN

"İspaniya Azərbaycan deyil ki, 25 yaşında futbolçuya “gənc” desinlər..." - Araz Əhmədov

2024-cü il Avropa çempionatının yekunlarına əsasən, İspaniya millisi bütün qitə turnirləri tarixində performans rekordu müəyyənləşdirib. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda son Avro 2024-də 15 qol vurub. Eyni turnirdə heç kim bu qədər qol vura bilməyib.Maraqlıdır, oyunçularının əksəriyyəti gənclərdən ibarət olan İspaniya millisi bunu necə bacardı?Sportfm.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Araz Əhmədov bildirdi ki, İspaniya ilk gündən favorit hesab edilirdi və sonda onlar bu adı doğrultdular:"Çünki bu çempionatda sözün bütün mənalarında futbolu ispanlar oynayırdı və sonda futbol da qazandı".O, İspaniya millisində 15 yaşlı futbolçuların oynamasına da münasibət bildirdi."⁠Əgər istedadlı gənc futbolçu varsa, o nədən yığmada oynamamalıdır? Bunun ancaq müsbət tərəfləri ola bilər. Ora Azərbaycan deyil ki, 25 yaşında futbolçuya “gənc” desinlər!".A.Əhmədov Azərbaycanın növbəti Avropa Çempionatı oyunlarında iştiakını da dəyərləndirdi:"⁠Seçmə mərhələdə uğurla çıxış etmək üçün bir sistemli iş olmalıdır. Bizdə bu yoxdur. Bu olmadığı halda da gözləntilərim də yoxdur. Hərçənd ⁠Santuş çox güclü mütəxəssisdir. Amma təəssüf ki, Azərbaycanda onun istədiklərini həyata keçirə biləcək futbolçular yoxdur".скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
17
sportfm.az

1Sources