EN

Tanınmış həkimin protokol həmmüəllifi olduğu kitab Türkiyədə dərc olunub - » Medical Media


 
Türkiyədə Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyinin (TEMD) yeni kitabı işıq üzü görüb.

“Şəkərli diabet və ağırlaşmalarının diaqnostika, müalicə və təqibi” adlı nəşrdə 32 müəllifin protokol yazısı dərc olunub.

Medicalmedia.az
xəbər verir ki, müəlliflər arasında azərbaycanlı tanınmış endokrinoloq Dr. Hidayət Məmmədzadənin də adı var.

Kitabın ən böyük bölməsini qələmə alan H. Məmmədzadə dərmanlara bağlı şəkərli diabet, Ramazan ayında şəkərin idarə olunması, diabetik xəstələrin cərrahiyyəyə hazırlanması, peyvəndlənmə kimi 13 başlıqda yazı təqdim edib.  

Dr. Hidayət Məmmədzadə kitabla bağlı təəssüratlarını belə bölüşdü:

“Əlbəttə ki, Azərbaycan səhiyyəsi adına bir uğurdur. İlk dəfədir ki, bir azərbaycanlı endokrinoloq xaricdə dərc olunmuş kitabda protokol müəllifi kimi çıxış edir. Gördüyünüz kimi, kitabın ən böyük bölməsini mənim yazılarım əhatə edir. Mənə bu etimadı göstərən TEMD rəhbərliyinə, xüsusən də dəyərli Prof. Dr. Canan Ərsoya təşəkkürümü bildirirəm.Düşünürəm ki, bu nəşr tək Türkiyə deyil, Azərbaycan həkimləri üçün də faydalı ədəbiyyat, stolüstü kitabı olacaq”. 

H. Məmmədzadə onu da qeyd edib ki, bu kitab şəkər xəstəliyinin müalicəsi ilə məşğul olan həkimlər üçün bir konstitusiya, rəhbərdir:

“Kitaba səkər xəstəliyinin müalicəsi ilə bağlı bir sıra yenilikləri əlavə etdik. Bu nəşr Türkiyə və Azərbaycan endokrinologiyasına hələ uzun illər xidmət edəcək. Həyəcanla başladığım bu iş sonda gözəl bir kitab şəklində ərsəyə gəldi. Bundan sonra da ölkəmizə və xalqımıza xidmətə davam edəcəyəm”.

Qeyd edək ki, H. Məmmədzadə həmçinin 1 metodik tövsiyyə, 1 kitab, 2 klinik protokol, nüfuzlu xarici nəşrlərdə dərc olunmuş 4 elmi məqalənin müəllifidir.



Chosen
67
medicalmedia.az

1Sources