EN

İsraildə Qərbi Nil virusu həyəcanı: 31 nəfər öldü » Medical Media


May ayından bu yana İsraildə Qərbi Nil virusundan 31 nəfərin öldüyü, virusa bağlı ölümlərin isə son iki gündə 70 faizdən çox artdığı bildirilib.

Medicalmedia.az xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Eyni zamanda Tel-Əviv bölgəsi və Qüdsdə “qeyri-adi halların müşahidə olunmaqda davam etdiyi” bildirilib.

Xəbərdə mütəxəssislərin yoluxma sayının artması ilə bağlı dəqiq izahat verə bilmədiklərinə diqqət çəkərək, bunun “yay mövsümünün əvvəlində havaların normaldan daha isti keçməsi ilə bağlı ola biləcəyi” şərhini veriblər.

Qeyd edək ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində görülən və ölümlə nəticələnən bir xəstəlikdir.


Chosen
44
1
medicalmedia.az

3Sources