EN

Mərmərə dənizində gəmi qəzası olub

Panama bayrağı altında yük gəmisi bazar günü Mərmərə dənizində qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

Qurumun mətbuata açıqlamasında bildirilir ki, dalğıclar Mudanya vilayətinin Zeytinbağı kəndi yaxınlığında qsahilə çırpılan “Volgo Balt 213” gəmisinə dəyən ziyanı qiymətləndiriblər.

Məlumata görə, 114 metr uzunluğunda, çoxfunksiyalı bu yük daşıyıcısı 1978-ci ildə buraxılıb. Gəmi sükan idarəetməsindəki nasazlıq səbəbindən Don çayı üzərindəki körpünün dayağı ilə toqquşub.

“Milliyet” gəminin gecə saat 02:00 radələrində kapitanın yuxuya getməsi və qayalara çırpılması səbəbindən quruya oturduğunu iddia edir. Gəmi yemlə dolu olub və hadisədən sonra zədələnib.

Qəzet onu da qeyd edib ki, 12 ekipaj üzvünün - doqquz azərbaycanlı və üç ukraynalının vəziyyəti yaxşıdır.

Gəmi Rusiyadan yola çıxıb. Hazırda gəminin xilas edilməsi planı hazırlanır.

Chosen
101
1
sia.az

10Sources