EN

Sürücü avtomobil idarə edərkən ürəktutmasından VƏFAT ETDİ

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmasından dünyasını dəyişib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu “Mercedes Vito” markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, elə sükan arxasında vəfat edib.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Chosen
99
5
bizim.media

10Sources