Macarıstanın baş naziri Viktor Orban Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı güllə yarası alan ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyib.
Turkustan.az xəbər verir ki, hökumət başçısı bu barədə X-də (keçmiş Twitter) yazıb.
"Mənim düşüncələrim və dualarım bu qaranlıq saatlarda Prezident Trampladır" deyə o, qeyd edib./bizim.media/az/