Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Sadio Mane karyerasını yenidən Avropada davam etdirə bilər.

Ofsideplus.az "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, onunla Avstriyanın "Zalsburq" komandası maraqlanır.

32 yaşlı futbolçu 2012-2014-cü illər aralığında adıçəkilən kollektivin şərəfini qoruyub. 

Manenin Səudiyyə təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.