EN

Çin Olimpiya Oyunlarına 405 atletlə qatılacaq

Çin 33-cü Yay Olimpiya Oyunlarında 405 idmançı ilə təmsil olunacaq.Sportfm.az xəbər verir ki, iyulun 26-da Parisdə başlayacaq Olimpiya Oyunlarında iştirak edəcək Çin idmançıların 269-u kişi, 136-sı qadındır. Çinli atletlərin 42-si əvvəlki Olimpiya Oyunlarında qızıl medal qazanıb, 223 nəfər isə ilk dəfə Olimpiadada iştirak edəcək. Çinli idmançıların orta yaş həddi 25-dir.Çin Milli Olimpiya Komitəsi ölkə atletlərinin 42 idman növü üzrə 236 yarışda iştirak edəcəyini bildirib.Qeyd edək ki, Çin son Olimpiya Oyunlarında ən iri heyətlə iştirak edən və ən çox medal qazanan ölkələrdəndir. Çin komandası sonuncu Olimpiya Oyunlarında (Tokio-2020) 38 qızıl, 32 gümüş və 19 bürüncə medalla ümumi hesabda 2-ci olub. Çin komandası iştirak etdiyi 11 Yay Olimpiya oyunlarındakı ümumi nəticələrinə görə Olimpiya sıralamasında ABŞ, keçmiş Sovet İttifaqı və Böyük Britaniyadan sonra 4-cüdür. Çin 2 dəfə Olimpiya Oyunlarına ev sahibliyi edib. Paytaxt Pekin 2008-ci ildə Yay, 2022-ci ildə Qış olimpiadasını qəbul edib.скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
21
sportfm.az

1Sources