EN

Braziliyalı qapıçıya 900 minlik təklif

"Mançester Siti" qapıçı Edersonla yeni müqavilənin detallarını razılaşdırmağa çalışır.

İdman.biz xəbər verir ki, braziliyalı qolkiper "Əl-Nəsr"dən sərfəli təklif alıb.

Səudiyyə Ərəbistanı klubu ona bonuslarla birlikdə həftəlik 900 min funt təklif edib. Amma "Mançester Siti"nin braziliyalı qapıçının məvacibini təxminən 75 faiz artırması çətin görünür. Məlumatda yeni müqavilədə Edersonun məvacibinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, "Əl-Nəsr"in ingilis klubuna 30 milyonluq təklif göndərdiyi açıqlanıb. Edersonun "şəhərlilər"lə 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
idman.biz

1Sources