EN

UEFA AVRO-2024-ün qızıl medallarını göstərdi, Ukraynanı unutmadı - FOTO

UEFA-nın “X” sosial şəbəkəsindəki rəsmi hesabında 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının qaliblərinə çempionluq kuboku ilə birlikdə təqdim olunacaq qızıl medalların görüntüləri dərc olunub. Matc.az xəbər verir ki, paylaşılan şəkildə medalın lentindəki Ukrayna bayrağının rənglərinin əks olunması UEFA-nın subliminal siyasi mesaj vermək istəyi kimi dəyərləndirmək olar. Çünki son dövrlərdə UEFA-nın verdiyi bir çox qərarlarda idmana siyasətin qabarıq şəkildə qarışdırıldığının şahidi olmuşuq. Turnirin final oyunu bu gün, iyulun 14-də Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq. Görüşün startı Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb. Kubok və qızıl medallar uğrunda həlledici oyunda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.  

Chosen
103
6
matc.az

10Sources