EN

Kobaxidzedən ABŞ-la münasibətlərin gələcəyi barədə AÇIQLAMA

Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək.

SeherXeber.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – Baş nazir bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.

Chosen
89
17
seherxeber.org

10Sources