16 yaşadək qızlardan ibarət basketbol millimiz bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.
"Football-plus.az" xəbər verir ki, Albaniya ilə qarşılaşan yığmamız 92:62 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib.