EN

İraqın şimalında PKK-nın 11 üzvü məhv edilib

Terrorçular Hakurk və Gara bölgələrində zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü öldürüb.
AYNA xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.
Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub.

Chosen
109
18
ayna.az

10Sources