EN

İlon Mask Trampa dəstək təşkilatına ianə edib

“Tesla” və “SpaceX”in rəhbəri, amerikalı milyarder İlon Mask Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən “America PAC” adlı təşkilata ianə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Hesabatda Maskın nə qədər ianə verdiyi göstərilməyib, lakin əlavə edilib ki, bu, America PAC adlı qrupa verilən ən böyük bir məbləğdir.
Nəşr yazır ki, PAC - siyasi fəaliyyət üçün qeyri-məhdud töhfələr ala bilən qrup - növbəti donorlar siyahısını iyulun 15-də açıqlamalıdır.

Bizim.Media

Chosen
195
7
bizim.media

10Sources