EN

Loran Blanın yeni iş yeri bəlli oldu

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin "sükanı" Loran Blana həvalə olunub.

58 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

PSJ və Fransa millisində çalışan Blanın son klubu ötən ilin sentyabrında tərk etdiyi "Lion" olub. 

Qeyd edək ki, “Əl-İttihad” son Səudiyyə Ərəbistanı çempionatını turnir cədvəlində beşinci pillədə başa vurub. Mövsümün 34 matçında komanda 54 xal toplaya bilib. 2022-ci ildə "Qızıl top"u qazanan Kərim Benzema "Əl İttihad"da çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
90deqiqe.az

1Sources